Xəzər Xəbər

Salyanda avtomobil piyadanı vurub

Region | 11:38 • 21 Aprel 2019
Salyanda avtomobil piyadanı vurub

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib


ONA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, hadisə Salyan rayonunun Varlı kəndində qeydə alınıb.


"VAZ 2107” markalı avtomobil yolu keçən rayon sakini, 1982-ci il təvəllüdlü Həsənova Xəyalə Tahir qızını vurub. Sonuncu ayağının sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti