Xəzər Xəbər

Göyçayda naməlum avtomobil 2 piyada qadını vurub

Region | 12:13 • 25 Mart 2019
Göyçayda naməlum avtomobil 2 piyada qadını vurub

Göyçayda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə şəhərin mərkəzi küçələrindən birində baş verib.

Şəhər sakinləri, 2001-ci il təvəllüdlü Aslanova Nigar Zakir qızı və 1981-ci il təvəllüdlü Abdulrahmanova Samirə Rafiq qızı naməlum avtomobil tərəfindən vurulub.

Piyadalar Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti