Xəzər Xəbər

DİN, DTX və DSX Cəlilabadda birgə əməliyyat keçirib

Region | 12:50 • 16 Mart 2019
DİN, DTX və DSX Cəlilabadda birgə əməliyyat keçirib

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi birgə əməliyyat-axtarış tədbiri həyata keçirib. Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında Uzuntəpə kənd sakini Ədil Baxşıyevin idarə etdiyi "VAZ 2107” markalı avtomobil rayon ərazisində saxlanılıb. Avtomobilin salonuna baxış zamanı 1 kq heroin aşkarlanıb.


Onun yaşadığı mənzildən isə 7.375 kq heroin, 5.135 kq tiryək, 815 qr metanfetamin, 2 ədəd elektron tərəzi aşkarlanaraq, götürülüb.


Faktla bağlı cinayət işi başlanıb.

Xəbər lenti