Xəzər Xəbər

Güclü külək Qubada evin damını uçurub - FOTO

Region | 14:15 • 16 Yanvar 2019
Güclü külək Qubada evin damını uçurub -

Yanvarın 16-da səhər saatlarından başlayan güclü külək Quba rayonunda fəsadlar törədib.


Güclü külək rayonun Aşağı Atuc kəndində Fədail Əlipaşayevə məxsus evin və həmkəndlisi Daşdəmir Aslanovun həyətindəki tövlənin dam örtüyünü uçurub. Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alan olmayıb.


Ev sahibi Fədail Əlipaşayev damın yararsız vəziyyətə düşməsi nəticəsində 2 min manatdan çox ziyana düşdüyünü bildirib.


Aidiyyəti qurumların nümayəndələri hadisə yerinə baxış keçiriblər. (AZƏRTAC)

Xəbər lenti