Xəzər Xəbər

Ağcabədidə ağır qəza, iki nəfər ölüb

Region | 08:58 • 17 Dekabr 2018
Ağcabədidə ağır qəza, iki nəfər ölüb

Ağcabədi rayonunun ərazisində ağır yol qəzası baş verib.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, rayonun Muğanlı kəndində "VAZ” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücü 1987-ci il təvəllüdlü Abdullayev Şahin Rövşən oğlunun və sərnişin 2014-cü il təvəllüdlü Abdullayev Rövşən Şakir oğlunun meyitlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti