Xəzər Xəbər

Qəbələdə maral ovlanıb - təhqiqat aparılır

Region | 08:32 • 17 Dekabr 2018
Qəbələdə maral ovlanıb -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Qəbələ rayonunda keçirdikləri reyd zamanı Qəbələ Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəndam meşəbəyliyinin 4 saylı dolayında atəş səsləri eşidiblər.

Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, dolaya yaxınlaşan nazirlik əməkdaşları bir baş dişi maralın vurulduğunu aşkarlayıblar.

Brakonyerlərin şəxsiyyətlərinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları üçün Qəbələ Rayon Polis Şöbəsinə müraciət edilib.

Hazırda adı Azərbaycan Respublikasının "Qırmızı kitabı”na düşən maralı ovlayanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi məqsədilə təhqiqat aparılır.

Xəbər lenti