Xəzər Xəbər

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanılıb

Region | 16:12 • 12 Dekabr 2018
Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanılıb

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanılıb.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də rayon ərazisindəki evlərin birindən 1400 manat və 2 mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini olan bir yeniyetmə saxlanılıb.

Ətrafında keçirilmiş tədbirlərlə onun dekabrın 1-də daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Xəbər lenti