Xəzər Xəbər

Şəkidə polis əməkdaşları gənc qadının həyatını xilas ediblər

Region | 17:21 • 7 Dekabr 2018
Şəkidə polis əməkdaşları gənc qadının həyatını xilas ediblər

Şəki rayonunun Suçma kənd sakinləri dekabrın 6-da axşam saatlarında gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddəki tibb məntəqəsinə aparıblar.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, qadının vəziyyətinin qənaətbəxş olmadığını və təcili surətdə rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğu bildirilib. Lakin avtomobildə yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Həmin vaxt kənddə xidmətdə olan Şəki Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov ailə üzvlərinə yaxınlaşıb, vəziyyətlə maraqlanıblar.


Vaxtın azlığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal yol polis xidmətinin avtomobili ilə rayon mərkəzi xəstəxanasına aparıblar.


Qadın vaxtında xəstəxanaya çatdırılıb və həkimlərin ilkin müdaxiləsi ilə onun həyatını xilas etmək mümkün olub.

Xəbər lenti