Xəzər Xəbər

Yük avtomobili iki piyadanı vurdu, biri öldü

Region | 18:59 • 14 Noyabr 2018
Yük avtomobili iki piyadanı vurdu, biri öldü

Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 13-də saat 1 radələrində Cəlilabad rayonunun Kazımabad kəndi ərazisində Astara rayon sakini Maarif Cabbarov idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə yolu keçən həmyerlisi Rəhmin Əsədullayevi və Bakı şəhər sakini Aydın Cənnətovu vurub. Nəticədə A.Cənnətov hadisə yerində ölüb, R.Əsədullayev isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti