Xəzər Xəbər

Lənkəranda selə görə təxliyə olunanların sayı 63-ə çatıb

Region | 14:44 • 12 Noyabr 2018
Lənkəranda selə görə təxliyə olunanların sayı 63-ə çatıb

Noyabrın 12-də səhər saatlarından başlayaraq Lənkəran rayonunda yağan leysan xarakterli yağışlar nəticəsində Sağlaküçə, Türkəkəran, Bürcəli və Narbağı kəndlərində bəzi ərazilər yağış suları ilə dolub.


Fövqəladə Hallar Nazirliyindən (FHN) xezerxeber.az-a bildiriblər ki, nazirliyin "112-qaynar xətti”nə müraciətlərlə əlaqədar, Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvə və texnikası ərazilərə cəlb edilib. Həyətyanı sahələrin su ilə dolması nəticəsində köməksiz vəziyyətdə qalmış 63 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.


Xilasetmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti