Xəzər Xəbər

Gədəbəydə at oğrusu saxlanılıb

Region | 14:50 • 18 Oktyabr 2018
Gədəbəydə at oğrusu saxlanılıb

Gədəbəydə at oğrusu saxlanılıb.


DİN-dən xezerxeber.az-a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Tural Nəsibovun 1 baş inəyini oğurlamaqda şübhəli bilinən Aslan Tağıyev saxlanılıb.


Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin iyun-iyul aylarında daha 3 nəfərə məxsus 5 baş atı kəndin otlaq sahəsindən oğurlaması da müəyyən edilib.

Xəbər lenti