Xəzər Xəbər

Tələbəyə qarşı cinayət

Region | 11:05 • 12 Oktyabr 2018
Tələbəyə qarşı cinayət

İsmayıllı rayonunda tələbəyə qarşı cinayət törədilib.


İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin 1-ci kurs tələbəsi 2001-ci il təvəllüdlü Mirzəliyev Ramil Amil oğlu şəhərin mərkəzindəki parkda 2 nəfərin hücumuna məruz qalıb. Belə ki, 2 nəfər gənc onun üstünə bıçaq çəkərək, qolbağını, telefonunu, üzərindəki pulları və qol saatını verməsini tələb edib. Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan və İsmayıllıda kirayə yaşayan tələbə dərhal polisə müraciət edib.

Həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən şəxslər müəyyən edilərək tutulub. Belə ki, İsmayıllı şəhər sakini, İsmayıllı Peşə Tədris Mərkəzinin tələbəsi, 1996-cı il təvəllüdlü Kaxarmanov Eldəniz Orman oğlu ilə 1996-cı il təvəllüdlü Faxtiyev İmran Rəhim oğlu tutulub. Onlardan hadisə vaxtı istifadə etdikləri soyuq silah götürülüb.

Faktla bağı cinayət işi açılıb, araşdırma aparılır. (Publika.az)

Xəbər lenti