Xəzər Xəbər

Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib

Region | 10:33 • 26 Sentyabr 2018
Saatlıda ölümlə nəticələnən yol qəzası baş verib

Saatlıda bir nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə rayonun Sarıcalar kəndi ərazisində qeydə alınıb.


İlkin məlumata görə, "Jeep” markalı minik avtomobili qarşıdan gələn "Qazel” markalı maşına çırpılıb. Nəticədə rayonun Çolpı kənd sakini Təbriz Bayramov hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəsarət alıb. Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


Faktla bağla araşdırma aparılır. (AZƏRTAC)

Xəbər lenti