Xəzər Xəbər

Kürdəmir sakini qətlə yetirilib

Region | 10:05 • 16 Fevral 2018
Kürdəmir sakini qətlə yetirilib

Kürdəmir rayonunda qətl hadisəsi baş verib.


Rayonun İsmayıllı kənd sakini Kənan Zaur oğlu Əhmədlinin meyiti məhkəmə tibbi ekspertizaya və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə gətirilib.

Məlumata görə, mərhum odlu silahla qətlə yetirilib.

K. Əhmədlinin hansı şəraitdə öldüyü hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Xəbər lenti