Xəzər Xəbər

Qobustanda qohumlar arasında dava: yaralılar var

Region | 17:05 • 21 Noyabr 2017
Qobustanda qohumlar arasında dava:

Qobustan rayonunda qohumlar arasında dava düşüb.

Hadisə rayonun Cəngi yaşayış massivində qeydə alınıb.

Belə ki, Qobustanrayonu, Ərəbşalbaş kənd sakini, 1989-cu il təvəllüdlü Mahir Əbdülhüseyn oğluHüseynov ilədayısı oğlu, Bəklə kənd sakini, 1997-ci il təvəllüdlü Ramin Şahmirzə oğlu Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Nəticədə R.Kərimov bibisi oğluna vintaçanla xəsarət yetirib, M.Hüseynov isə dayısı oğlunun başına bellə vurub. Hər iki şəxs Qobustan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Qohumların Cəngi yaşayış massivində heyvandarlıqla məşğul olduqları və davanın da otlaq sahəsi üstündə düşdüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti