Xəzər Xəbər

İtkin düşmüş Kürdəmir sakini tapıldı

Region | 13:56 • 18 Noyabr 2017
İtkin düşmüş Kürdəmir sakini tapıldı

Dünən axşam saatlarında Kürdəmir rayonunun Pirili kənd sakini, 1989-cu il təvəllüdlü şəxs otlaq sahəsindən mal-qaranı gətirmək adı ilə evdən çıxaraq geri qayıtmayıb.

DİN mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, bundan narahat olan ailə üzvləri onun tapılması üçün Kürdəmir rayon Polis Şöbəsinə müraciət ediblər.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin səhər saatlarında qonşu Ərşəli kəndindəki otlaq sahəsində olduğu müəyyən edilib və o, ailəsinə təhvil verilib.

Qeyd edək ki, həmin şəxs ruhi xəstəlikdən əziyyət çəkir.

Xəbər lenti