Şəmkirdə ağır qəza baş verib, ölən və yaralananlar var

26.11.2020 12:04

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, noyabrın 25-də saat 15 radələrində Şəmkir şəhəri R.Rəhimov küçəsində rayon sakinləri M.İbrahimovun idarə etdiyi "Mercedes” və Mais Hüseynovun idarə etdiyi "QAZ-3129” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü və M.Hüseynovun sərnişini xəstəxanaya yerləşdirilib, M.Hüseynov orada ölüb.

Şəmkir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR