Biləsuvarda “Niva” aşıb, iki nəfər ölüb

21.09.2020 15:35

Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Biləsuvar şəhər sakini Kamal Ağazadə rayonun Nərimankənd kəndi ərazisində idarə etdiyi "Niva” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişini - həmyerlisi Çinarə Abbasova hadisə yerində həlak olublar.

Hadisə ilə bağlı Biləsuvar Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR