Ağdaşda 25 yaşlı oğlan tüfəngdən açılan atəş nəticəsində ölüb

19.09.2020 10:29

Ağdaş rayonunda odlu silahla ölüm hadisəsi baş verib.


Hadisə rayonun Yenicə kəndindəki mal-qara fermasında baş verib.


Ləki qəsəbə sakini, 1995-ci il təvəllüdlü Süleymanzadə Nicat Bahadur oğlu ov tüfəngindən açılan atəş nəticəsində başından güllə yarası alıb.


O, hadisə yerində ölüb. N. Süleymanzadənin özünə qəsd etdiyi ehtimal olunur.


Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR