Yevlaxda inzibati bina, Ağsuda ev yanıb

19.09.2020 09:56

Yevlax şəhərinin Aşağı Salamabad kəndində ümumi sahəsi 800 m² olan birmərtəbəli inzibati binanın (bir hissəsi fəaliyyət göstərmir, yararsızdır) fəaliyyət göstərməyən hissəsində tavan 65 m² sahədə və döşəmə 1 m² sahədə yanıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Ağsu rayonunun Maşadqanlı kəndində isə ümumi sahəsi 35 m² olan birmərtəbəli evin 2 otağının və dam örtüyünün yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


161 dəfə oxunub

XƏBƏRLƏR

28.10.2020 09:47

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR