Şamaxıda sel gölü dağıdıb, 15 ton balıq tələf olub

15.07.2020 14:05

Güclü leysan yağışlar, sel, külək və dolu Şamaxıda fəsadlar törədib.

Leysan yağışlar nəticəsində rayon ərazisindən keçən Acıdərə çayına güclü sel gəlib. Həmin çaydan qidalanan və süni yaradılmış balıqçılıq gölünün bəndi uçub və suyun daşması nəticəsində ətraf kəndlərin meyvə bağlarını, həyətyanı sahələri və yolları su basıb. Gölün dağılması nəticəsində kəndlərə 3 saat su axıb, balıqçılıq gölündə su tamamilə azalıb. Göldə 15 tona yaxın müxtəlif balıq növü saxlanılırmış. Hadisə nəticəsində bütün balıqlar tələf olub.

Sel suları Qobustan rayonunun Təsi, Şamaxı rayonunda Göylər və Çıraqlı kəndlərinə gedən alternativ yolu da sıradan çıxarıb. Çıraqlı-Acıdərə yolu sel səbəbindən 5-6 saat bağlı olub, nəticədə sürücülər yolda qalıb. Bəzi insanlar yolu piyada getmək məcburiyyətində qalıblar.
Gölün yaxınlığında yerləşən meyvə ağacları taxıl sahələri və əkin sahələrinin suvarılmasını təmin edən borular da istifadəyə yararsız hala düşüb. Sakinlərin sözlərinə görə bir neçə inəyi də sel aparıb. Həmçinin, güclü külək, dolu və leysan yağışı Şamaxının Çöl Göylər kəndində bir sıra fəsadlar törədib. Belə ki, kənddə bəzi evlərin dam örtüyü dağılıb, elektrik dirəkləri aşıb, naqillər qırılıb, əhaliyə elektrik enerjisinin verilişi dayanıb, meyvə-tərəvəz məhsulları tələf olub. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR