Tovuzun Dondar Quşçu kəndində ev və həyətyanı sahələrə ziyan dəyib - FOTO

14.07.2020 16:59

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində mülki şəxslərin əmlakına ciddi ziyan dəyib.

Xezerxeber.az xəbər verir ki, düşmənin iriçaplı minomyotlardan və toplardan açdığı atəş nəticəsində Tovuz rayonunun Dondar Quşçu kəndində 1 fərdi evə və 3 həyətyanı torpaq sahəsinə ziyan dəyib.

Belə ki, 1948-ci il təvəllüdlü Əliyeva Telarə Əhməd qızına məxsus fərdi evin üzərinə düşən mərmi evi yararsız vəziyyətə salıb.

Bundan başqa, 1981-ci il təvəllüdlü Əliyeva Samirə Nurəddin qızına, 1973-cü il təvəllüdlü Hüseynov Aydın Məhəmməd oğluna və 1986-cı il təvəllüdlü Rüstəmov Zeynal Əli oğluna məxsus həyətyanı torpaq sahələrinə də ciddi ziyan dəyib.

Xatırladaq ki, iyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində mülki şəxs - Tovuz rayonunun Ağdam kənd sakini 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu həlak olub.

© xezerxeber.az

FOTOQALERIYA






164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR