Azərbaycan Ordusunun şəhid olan zabiti Biləsuvarda dəfn olunub

13.07.2020 17:00

Azərbaycan Ordusunun şəhid olan zabiti dəfn olunub.

Xezerxeber.az-ın məlumatına görə, iyulun 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun baş leytenantı, 1992-ci il təvəllüdlü Mahmudov Rəşad Rəşid oğlu doğulduğu Biləsuvar rayonu, Aşağı Cürəli kəndində torpağa tapşırılıb. 

Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

© xezerxeber.az

FOTOQALERIYA






1343 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR