Ağdaşda tibbi maskadan istifadə etməyənlər cərimələniblər - FOTO

08.07.2020 14:39

Ağdaş rayon polis şöbəsinin əməkdaşları ölkədə elan olunan karantin rejim qaydalarına rayon ərazisində əməl edilməsi məqsədilə müntəzəm tədbirlər keçirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, polis əməkdaşları şəhər ərazisində reydlər keçirərək obyektlərdə satıcı və müştərilər, küçədə hərəkət edən sakinlər, eləcə də sərnişindaşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin sürücüləri ilə maarifləndirici söhbətlər aparıblar. Onlara tibbi maskalardan istifadənin zəruriliyi və sosial izolyasiya qaydalarına əməl etmələrinin vacibliyi bildirilib. Rejim qaydalarını pozan, tibbi maskadan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, barələrində inzibati tənbeh tədbirləri görülüb.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də davam etdirilir.

© xezerxeber.az

FOTOQALERIYA






122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR