Dörd ağac kəsən şəxs 1435 manat cərimə edilib

30.06.2020 17:57

Bərdə Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları rayon ərazisindəki Aslan-Əyricə meşəbəyliyinin 17 saylı dolayında müxtəlifcinsli dörd ağacın kəsilməsi faktını aşkarlayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, araşdırma zamanı ağacların Bərdə rayonunun Qaradağlı kənd sakini Natiq Əhmədov tərəfindən kəsildiyi müəyyən olunub. Faktla bağlı akt, protokol tərtib olunub və N.Əhmədov 1435 manat məbləğində cərimə edilib.

Nazirlik Bərdə rayonunun sakinlərinə müraciət edir ki, cərimə edilən həmin şəxsin və digərlərinin meşələrdə ağaclara belə münasibət bəsləməsinə biganə qalmasınlar. Həmkəndlilərini ağac kəsməkdən çəkindirsin, tənbeh etsin, qınasınlar ki, qiymətli meşə sərvətimiz davamlı olaraq qorunsun.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR