FHN: Kürdə batan bir uşağın axtarışları davam etdirilir - YENİLƏNİB

05.06.2020 16:26

Kürdə batan bir uşağın axtarışları davam etdirilir.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bərdədə kür çayında çimən uşaqlardan yalnız biri batıb. Hazırda onun axtarışları davam etdirilir.

16:03

Bərdədə 5 uşaq Kürdə batma təhlükəsi ilə üzləşib.

Hadisə Kür çayının rayonun Nazırlı Qılışlı kəndindən keçən hissəsində qeydə alınıb. Çayda batma təhlükəsi ilə üzləşən 2 uşaq sudan çıxarılıb. Digər 3 nəfərin axtarışları davam etdirilir.

Sudan çıxarılan iki uşağın vəziyyəti ağır qiymətləndirilir. 
Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az

FOTOQALERIYA






434 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR