Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

25.05.2020 13:34

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradan, cəmiyyətə açıqca hörmətsizlik edən sürücü saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, araşdırmalarla Göygöl rayon sakini 31 yaşlı Emin Məmmədovun müxtəlif vaxtlarda şəhərin müəyyən küçə və yollarında avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.

"VAZ 21705” markalı avtomobili idarə edərək yollarda intizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan şəxs barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə bir il sürücülük hüququndan məhrum olan E.Məmmədov 15 gün müddətə inzibati qaydada həbs edilib.

© xezerxeber.az

FOTOQALERIYA






121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR