Xızıda 15 nəfər karantin rejimini pozduğuna görə məsuliyyətə cəlb olunub - FOTO

06.04.2020 12:27

Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan 2 obyekt sahibinə, eləcə də müvafiq qaydada icazəsi olmadan çölə çıxan 13 vətəndaş barəsində epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Xızı RPŞ-nin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus (COVID-19) təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Rayonun giriş hissələrində yol patrul xidməti və post patrul xidməti əməkdaşları tərəfindən postlar qurulub, eləcə də rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması üçün patrul xidməti yerinə yetirilir. Xüsusi rejim ilə əlaqədar qurulan postlarda sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir və səbəbsiz yerə yaşayış məkanlarını tərk edənlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 100 manat miqdarında cərimə edilirlər.

© xezerxeber.az

FOTOQALERIYA






101 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR