Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Qubada vətəndaşa məxsus torpaq sahəsində 18600 manat dəyərində ağac kəsilib

28.03.2020 12:11

Quba-Qusar avtomobil yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev jurnalistlərə bildirib ki, araşdırma zamanı Quba rayonunun Xucbala kəndi ərazisində Qusar rayon sakini Səidə Əsgərovaya məxsus torpaq sahəsində müxtəlif cinsli ağacların kəsildiyi və təbiətə 18 600 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub.

"Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün sənədlər hüquq mühafizə orqanlarına göndəriləcək", - deyə R. Mirzəyev bildirib.

© xezerxeber.az


115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR