Balakən rayon polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, RPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən Balakən şəhəri ərazisində hərəkətdə olan "Opel” markalı avtomobil saxlanılan zaman sürücü və sərnişinlərdə narkotik vasitə saxlamaqda şübhəli hərəkətlər hiss edildiyindən həmin nəqliyyat vasitəsi və şəxslər Polis Şöbəsinə gətiriliblər.
Həmin şəxslərin Sumqayıt şəhər sakinləri 36 yaşlı Fuad Quliyev, 34 yaşlı Şahin Səfərov və 45 yaşlı Zaur Əlizadə olduqları müəyyən olunub.
Şəxsi axtarış zamanı F. Quliyevdən sellofan torbada 230 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana, Z. Əlizadədən siqaret qutusunda psixotrop maddə-metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Ş. Səfərova məxsus "Opel” markalı avtomobilə baxış keçirilən zaman oradan da metamfetamin və qurudulmuş marixuana aşkar olunub.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
© xezerxeber.azCəbrayıl rayonunun Şahvələdli və İmambağı kəndləri - VİDEOREPORTAJ
Bakı qeydiyyatlı şəxslər paytaxta necə qayıda bilər? - AÇIQLAMA
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinə yeni müavin təyin edilib
Piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Bakının mərkəzi küçələrində tıxac var: Avtobuslar gecikir - Foto
Azərbaycanda yoluxma pik həddə çatdı - SMS icazə bərpa edilir?
Paşinyanın başı dərddə - oğlu haqqında sensasion xəbər yayıldı