Zaqatalada 34 yaşlı kişi həmkəndlisini bıçaqlayıb

21.02.2020 09:51

Zaqatalada 34 yaşlı kişi həmkəndlisini bıçaqlayıb.

Hadisə ötən gün axşam saatlarında rayonun Qandax kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri, 34 yaşlı Tural Hüseyn oğlu Bayramovla 42 yaşlı Natiq Qurbanəli oğlu Əliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı Tural Bayramov üzərində olan bıçaqla Natiq Əliyevi sağ kürək nahiyəsindən bıçaqlayıb.

Xəsarət alan Natiq Əliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona sağ kürək nahiyəsinin kəsilmiş-deşilmiş, daxilə nüfuz edən bıçaq yarası dioqnozu qoyulub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR