Ağcabədi sakinin evindən 12 kq narkotik və silah götürülüb

18.01.2020 14:49

Ağcabədi sakininin evindən narkotik və silah aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Ağcabədi rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evin həyətindən isə əlavə olaraq 12,6 kiloqram marixuana, habelə evindən "Revolver” markalı tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


172 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR