Ağcabədidə avtomobil toy karvanından çıxaraq qaz tənzimləyici şkafa çırpılıb

14.12.2019 14:29

Ağcabədi rayonunun Muğanlı kəndində toy karvanında olan avtomobillərdən biri yoldan çıxaraq qaz tənzimləyici şkafa çırpılıb.

"Azəriqaz” İB-dən verilən məlumata görə, nəticədə avadanlıq sıradan çıxıb. Bu gün saat 12:40-dan təqribən 340 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

© xezerxeber.az


177 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR