Həbs olunmuş şəxsin digər cinayət əməlinin də üstü açılıb

13.12.2019 11:11

Bu ilin aprel ayında Şəki şəhər rayon polis şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini bir qadın ona məxsus evdən 1900 manat pulun oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə həmin hadisənin narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə saxlanılmış, əvvəllər məhkum olunmuş və hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş şəhər sakini Rəhman Xəlilov tərəfindən törədildiyi aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

20.01.2020 12:01

Sükut dəqiqəsi

ÇOX OXUNANLAR