Ağdamda evdə partlayış baş verib, xəsarət alan var

11.12.2019 10:27

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində ev yanıb, 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR