Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Haramı düzündə bir ədəd top mərmisi aşkarlanıb - FOTO

14.10.2019 09:28

Oktyabrın 13-də saat 18:02-də Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonu, Haramı düzü ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Agentlikdən xezerxeber.az-a bildirilib ki, məlumata əsasən ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağcabədi rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə Haramı düzünün Yeni Qaradolaq kəndinə düşən hissəsində əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 millimetrlik top mərmisi (OF-26) aşkarlanıb, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 50 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© xezerxeber.az

FOTOQALERIYA






82 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 23:12

Türkiyə Avro-2020-də

ÇOX OXUNANLAR