Gəncədə atanı döyüb, iki oğlunu bıçaqladılar

21.09.2019 10:05

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə "DOS-84” adlanan yaşayış ərazisində qeydə alınıb.

İki qardaş - Rövşən və Röyal Cəfərovlar naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb, onların atası Məhərrəm Cəfərov isə döyülüb.

Yaralılar 1 saylı Şəhər və 3 saylı Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma gedir.

© xezerxeber.az


103 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR