Gədəbəydə ikimərtəbəli evdə yanğın baş verib

11.09.2019 13:42

Gədəbəy rayonunun Qaradağ kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli yeddi otaqlı evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə nəticəsində evin ikinci mərtəbəsində bir otağın tavanı 40, dam örtüyü isə 60 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


80 dəfə oxunub

XƏBƏRLƏR

15.09.2019 10:11

Rusiyada vertolyot itib

ÇOX OXUNANLAR