Saatlıda iki avtomobil toqquşdu, ölən var

10.09.2019 16:08

Saatlı rayonunun Qırağlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 9-da saat 10 radələrində Saatlı rayonunun Qırağlı kəndi ərazisində Bakı şəhər sakini Z.Hüseynovun idarə etdiyi "Mercedes” markalı yük avtomobili ilə Saatlı rayon sakini Taleh İlqaroğlunun idarə etdiyi "VAZ-21074” markalı avtomobil toqquşub. Nəticədə T.İlqaroğlu xəstəxanaya aparlılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


105 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR