Gədəbəydə ev yanıb

25.08.2019 16:51

Gədəbəydə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rayonun Arıqdam kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı və ev əşyaları 25 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR