Cəlilabadda oğurluq edən dəstə saxlanılıb

20.08.2019 10:37

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşayış evindən oğurluq edən rayon sakinləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Ağdaş kənd sakini olan bir qadın Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinə müraciət edərək yaşadığı evdən ümumilikdə 7800 manat dəyərində 1 ədəd televizor, 4 ədəd xalça, 1 ədəd elektrik generatoru, 1 ədəd qaz sobası, 1 ədəd elektrik mişarı və digər məişət əşyalarının oğurlandığını bildirib.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Cəlilabad rayonunun Ağdaş kənd sakini Mehti Niftullayev və Cürzəli kənd sakini, əvvəllər məhkum olunmuş Əyyub Qarayev olduğu müəyyən edilib. Oğurladıqları məişət əşyalarının bir qismi onlardan aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR