Qusarda göldə batan şəxsin meyiti tapılıb

22.07.2019 09:56

Qusar rayonu ərazisində süni göldə batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Bağırov Adiq Yavər oğlunun axtarışları başa çatıb.

FHN-dən verilən məlumata görə, A.Bağırovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

© xezerxeber.az


207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR