Erməni hərbçiləri işğal etdikləri torpaqlarda yenidən yanğın törədib

22.07.2019 09:55

Erməni hərbçiləri Ağdamın işğal altında olan Fərrux dağında axşam saatlarında yanğın törədib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ermənilərin dağ massivində törətdiyi yanğın Ağdamın bütün cəbhəboyu yaşayış məntəqələrindən müşahidə olunur.

Cəbhəyanı kənd sakinləri bildirir ki, alov geniş vüsət alaraq Əlimədətli, Cinli və Əlağalı kənd ərazilərinə yayılıb.

© xezerxeber.az


106 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR