Mikroavtobus minik maşını ilə toqquşub, xəsarət alanlar var

14.06.2019 14:03

Yevlax-Bərdə yolunda yol qəzası olub.

"Ford” markalı mikroavtobus "JEEP” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusda olan Qarayeva Fidan Əmiraslan qızı və Ağayev Etibar Şəfa oğlu xəsarətlər Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. "JEEP”də olan sərnişinlər - Zeynalov İftixar Əli oğlu və Abbasov Qabil Binnət oğluna isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


184 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR