Xəzər Xəbər

Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb - FOTO

Region | 14:36 • 22 Oktyabr 2020
Düşmənin Siyəzənə atdığı ballistik raket dənizə düşüb -

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub. Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.


Ermənistan silahlı birləşmələri mühüm dağıntılara səbəb ola bilən müharibə üsullarından istifadə edib və cəbhə zonasından xeyli aralıda yerləşən Siyəzən rayonuna da "Skad” ballistik taktiki raket atıb. Raket Xəzər dənizinə düşüb.


Böyük dağıdıcı gücə malik olan bu raketin yaşayış məntəqəsinə hədəflənməsi düşmənin əsl niyyətini göstərir. (AZƏRTAC)

Xəbər lenti