Xəzər Xəbər

Yevlaxda idman zalında məşq edən 8 nəfər cərimələnib

Region | 17:16 • 13 İyul 2020
Yevlaxda idman zalında məşq edən 8 nəfər cərimələnib

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus pandemiyasının kütləvi surətdə yayılmasının qarşısının alınması istiqamətində tədbirləri mütəmadi qaydada davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində 8 nəfərin idman zalında toplaşaraq əlbəyaxa döyüş növləri üzrə məşq etdikləri müəyyən olunub. Qayda pozuntusuna yol vermiş həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib. Onlar cərimə olunublar.

Xəbər lenti