Xəzər Xəbər

Daşkəsən rayonuna dolu düşüb

Region | 20:29 • 30 May 2020
Daşkəsən rayonuna dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 millimetr olan dolu düşüb.


Xidmətdən xezerxeber.az-a bildiriblər ki, həmin rayona saat 18:18-18:28 radələrində isə diametri 13 millimetr olan dolu yağıb. Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli, Əmirvar, Kəmərli kəndlərinə də dolu düşməsi qeydə alınıb.

Xəbər lenti