Xəzər Xəbər

Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Region | 09:26 • 29 May 2020
Qubada avtomobil dərəyə aşıb, bir nəfər ölüb

Quba rayonunda avtomobilin dərəyə aşması nəticəsində bir nəfər ölüb.


Xezerxeber.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, bu barədə məlumat "112" qaynar telefon xəttinə daxil olub.


Məlumata əsasən, Quba rayonunun Ördüc kəndi ərazisində "УАЗ” markalı minik avtomobili dərəyə aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü Hüseynov Pərviz Həsənəli oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti