Xəzər Xəbər

Göyçayda kütləvi zəhərlənmə baş verib

Region | 16:14 • 18 May 2020
Göyçayda kütləvi zəhərlənmə baş verib

Göyçay rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.


Trend-in məlumatına görə, hadisə rayonun 1-ci Ərəbcəbirli kəndində qeydə alınıb. Kənd sakini, Əli Baxışov polisə müraciət edərək bildirib ki, anası Z.Baxışova mayın 17-də kənd ərazisindəki "Seyidlər" marketdən şirniyyat alıb.


Həmin şirniyyatı qəbul edən ailə üzvləri, Ə.Baxışovun həyat yoldaşı S.Baxışova, 4 yaşlı qızı Z.Baxışova və 2 yaşlı oğlu Q.Baxışov zəhərləniblər. Həmin şəxslər Göyçay rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Xəstəxanada onlara "alimental qastrit" diaqnozu qoyulub.


Xəstələrə ilkin tibbi yardım göstərildikdən sonra məhkəmə-tibbi ekspertizası təyin edilib.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti