Ağcabədi sakini yanıq xəsarəti alıb.
Hadisə rayonun Sarcalı kəndində qeydə alınıb. Ağdam rayon sakini İsmayılov Amil Hümbət oğlu subartezian quyusunu işə salmaq istəyərkən transformatorda qısaqapanma yaranıb və ani partlayış olub. Nəticədə A. İsmayılov xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. (APA)